VLADİMİR PUTİN QARABAĞLA BAĞLI AÇIQLAMA VERİB

Ümumiyyətlə, Qarabağda vəziyyəti qoruyub saxlamaq alınır, həmişə insidentlərdən qaçmaq olmur və bu qədər illik qarşıdurmadan sonra idealist mənzərəni təsəvvür etmək çətindir.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq klubunun iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd təhlükəsiz birgə yaşayışa və iqtisadi inkişafa şərait yaratmaqdır: “İndi ən vacibi sərhəddəki vəziyyəti tamamilə nizamlamaqdır”.