VLADİMİR PUTİN QARABAĞDAKI RUSİYALI SÜLHMƏRAMLILARA TƏŞƏKKÜR EDİB

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı rusiyalı sülhməramlılara peşəkarlığı və səbirliliyinə görə təşəkkür edib.

O, bu sözləri Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında deyib.

“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyi dəstəkləyir. Daha çox onların səyləri sayəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub. Sülhməramlılıq tapşırıqlarını yerinə yetirən şəxsi heyətə peşəkarlığı və səbirliliyinə görə təşəkkürümü bildirirəm”, – V.Putin bildirib.