VLADİMİR PUTİN QƏRB ÖLKƏLƏRİNƏ RUBLLA QAZ SATIŞI BARƏDƏ FƏRMAN İMZALAYIB

Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları barədə fərman imzalayıb.

Rusiya prezidenti bunu aviasiya sahəsində vəziyyətlə bağlı iclasın açılışı zamanı deyib.

O bildirib ki, yeni qaydalara əsasən, Rusiyaya dost münasibəti sərgiləməyən Qərb ölkələri təbii qazın ödənişi üçün Rusiya banklarında rubl hesabları açmalıdır.

“Biz bu ölkələrə aydın və şəffaf sxem təklif edirik: Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdır. Aprelin 1-dən başlayaraq məhz bu hesablardan ödənişlər həyata keçiriləcək”, – V.Putin deyib.