Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu.
Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz haqlı olaraq, istər həmvətənləriniz arasında, istərsə də beynəlxalq aləmdə ən mürəkkəb vəziyyətlərdə belə ölçülüb-biçilmiş, uzaqgörən qərarlar qəbul etməyi bacaran müdrik və təcrübəli dövlət xadimi kimi nüfuz qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlar hamı tərəfindən etiraf olunur.
Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə Sizinlə konstruktiv, məzmunlu dialoqun və sıx birgə fəaliyyətin davam etdirilməsinə şad olaram.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram.
Fürsətdən istifadə edib ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.