VLADİMİR PUTİN İRƏVANIN KTMT-DƏ ÜZVLÜYÜNÜ DAYANDIRMASI MƏSƏLƏSİNİ PAŞİNYANLA MÜZAKİRƏ ETMƏYİB

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması barədə müraciətini hələ müzakirə etməyib.

Bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsinin KTMT-də üzvlüyünü dayandırması barədə sözlərini şərh edən Peskov deyib: ”Amma işgüzar təmaslar çərçivəsində əlbəttə ki, erməni dostlarımızla bunun nə demək olduğunu, işlərin vəziyyətini aydınlaşdırmağı nəzərdə tuturuq. Ona görə də biz İrəvanla dialoqumuzu davam etdirəcəyik”.

D.Peskov əlavə edib ki, İrəvan KTMT-də üzvlüyünü “dondurması” barədə rəsmi xəbərdarlıq göndərməyib.