VLADİMİR PUTİN: ERMƏNİSTAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ ATIŞMALAR GÖSTƏRDİ Kİ, REGİONDA VƏZİYYƏT TAM SABİTLƏŞMƏYİB

Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib.

Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Kollegiyasında çıxışı zamanı deyib.

O xatırladıb ki, bir il əvvəl Qarabağ münaqişəsi Rusiyanın fəal vasitəçilik səyləri sayəsində dayandırılmışdı.

“Amma bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır”.