VLADİMİR PUTİN BU GÜN MOSKVADA NİKOL PAŞİNYANLA GÖRÜŞƏCƏK

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Onlar Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını, həmçinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri də müzakirə edəcəklər.

Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.