
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Sizin fəaliyyətiniz və səyləriniz seçicilər tərəfindən layiqincə qiymətləndirildi. Siz ölkənin və onun vətəndaşlarının rifahı, əmin-amanlığı naminə fəaliyyət göstərən əsl Lidersiniz.
Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar arzulayıram”.