
VIII Avropa Coğrafiya Olimpiadasında (EGEO) məktəblilərimiz 2 bürünc medal və 3 həvəsləndirici mükafat qazanıblar.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, həmin şagirdlər, eyni zamanda, VI qrant müsabiqəsi qaliblərindən olan “Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına hazırlığı” layihəsinin iştirakçılarıdır.
