VENESUELADA 5,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB

Venesuelanın şimalındakı Sukre ştatında 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.