VEB-BRAUZERLƏRDƏN TƏHLÜKƏSİZ İSTİFADƏ QAYDALARI

Veb-brauzerlərdən istifadə zamanı bir sıra qaydalara əməl etməyiniz tövsiyə olunur.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib ki, təhlükəsizlikdən əmin olmaq üçün sadalananlara xüsusi diqqət yetirin:

– Ünvan xanasında “https” və yaxud kilid işarəsi qeyd olunmayan saytlara daxil olmaqdan çəkinin;

– “Pop-up blocking” funksiyasını aktivləşdirin;

– Veb-brauzeri bağlamadan öncə onlayn hesablarınızdan çıxış etdiyinizdən əmin olun;

– Brauzerin keş yaddaşını tez-tez təmizləyin;

– Veb-brauzeri ən son versiyaya yeniləyin.