VATİKAN MUZEYLƏRİNDƏ GÜNƏŞ PANELLƏRİ QURAŞDIRILIR

Vatikan muzeylərində günəş enerjisi panelləri quraşdırılır.

Bu barədə Vatikanın İnfrastruktur və Xidmətlər İdarəsinin rəisi Salvator Farina bildirib.

O qeyd edib ki, elektrik enerjisindən istifadənin rasionallaşdırılması məqsədilə Vatikan muzeylərinin və anbarların damında fotovoltaik sistemlər yaradılır. Həmçinin xidməti və digər avtomobillərin elektrik enerjisi ilə doldurulması sistemləri də quraşdırılır. Artıq elektromobillər üçün 35 enerji doldurma məntəqəsi yaradılıb.

Bundan başqa, Müqəddəs Pyotr meydanında və bazilikalarda enerji səmərəli LED lampalar quraşdırılır.