VAQİF POEZİYA GÜNLƏRİNDƏ ELEKTRON MUĞAM VƏ QİRAƏT SAATLARI OLUB

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada tədbirlər gecə saatlarında da davam edib. Belə ki, Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqi sədaları eşidilib.

Poeziya günlərinin növbəti tədbiri “Elektron muğam saatı” olub.

Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezindən ibarət ifa səsləndirib. Bundan başqa, açıq səhnədə gənc qiraətçilər və şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini təqdim ediblər.