VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ UŞAQLARA 6000 MANAT BİRDƏFƏLİK MÜAVİNƏT VERİLƏCƏK – FƏRMAN

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Müəyyən edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzəldikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 6000 (altı min) manat müəyyən edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti sözügedən Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2024-cü il sentyabrın 15-dən tətbiq edilir.