VAHİD KİRİŞÇİ ŞƏHİDLƏR XİYABANINI VƏ BAKI TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT EDİB

Bu gün Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi Bakıda yerləşən Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Vahid Kirişcini Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, türk rəsmiləri, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və səfirliyin nümayəndələri müşayiət edib.