V IXTİSAS QRUPU ÜZRƏ QABİLİYYƏT IMTAHANLARI BU GÜN YEKUNLAŞIR

18 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 14627, II ixtisas qrupu üzrə 9862, III ixtisas qrupu üzrə 14554, IV ixtisas qrupları üzrə isə 3604 olmaqla, ümumilikdə 42647 elektron ərizə təsdiq olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16199 ərizə təsdiq olunub. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçiminin sonuna 2 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.