VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏN DAHA BİR HƏRBÇİNİN MEYİTİ TAPILIB – BAŞ PROKUROR

Vətən müharibəsindən itkin düşən 7 hərbi qulluqçumuzdan birinin meyiti tapılıb.

Bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir: “Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşmüşdü. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”.