ÜZGÜÇÜLƏRİMİZ ƏBU-DABİDƏ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDİRLƏR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, ölkəmiz bu yarışda 4 idmançı və 2 məşqçi ilə təmsil olunur. Millinin baş məşqçısı Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında üzgüçülər Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangah dünya çempionatında öz güclərini sınayacaqlar. R.Vəlizadə, R. Alquliyev və F. Alkərəmova bu gün, M.Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaq.

Artıq F. Alkərəmova mundialda mübarizəyə start verib. Alkərəmova bundan sonar 400 metr sərbəst üsulla üzmədə də qüvvəsini sınayacaq.

Ramil Vəlizadə 100 və 200 metr butterflay üsulu ilə üzmədə, R.Alquliyev 100 metr arxası üstə və 400 metr qarışıq üzmə yarışlarında mübarizə aparacaqlar.

M.Şeyxəlizadəxangah isə 50 və 100 metr məsafəni butterflay üsulu ilə yarışlarda gücünü sınayacaq.
Bundan başqa millimiz 4 dəfə 50 metr qarışıq(miks) estafetdə öz güclərini sınayacaqlar. Sıralamaya görə F. Alkərəmova arxası üstə, R.Alquliyev brass, Ramil Vəlizadə butterflay, M.Şeyxəlizadəxangah isə krol üsulu ilə üzmədə yarışacaqlar. 201 ölkənnin iştirak etdiyi Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatı dekabrın 21-də başa çatacaq.

Dekabrın 16-da Uzgüçülük federasiyasını vitse prezidenti Elçin Həsənov və federasıyanın baş katibi Fərid Bənənyarlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanacaqlar. Onlar burada keçiriləcək Dünya Üzgüçülük Federasiyası FİNA-nın Beynəlxalq Konqresində iştirak edəcəklər. Səfər çərçivəsində bəzi federasiyaların rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.