ÜZƏRİNƏ HƏBS QOYULMUŞ ƏMLAKIN SATILMASI VƏ İDARƏETMƏYƏ VERİLMƏSİ QAYDALARI HAZIRLANACAQ – FƏRMAN

Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.