ÜST: YAY AYLARINA QƏDƏR DAHA NORMAL HƏYATA QAYIDA BİLƏRİK

Yay aylarına qədər bütün lazımi tədbirləri görsək, peyvəndlənmə faizlərini artırsaq, daha normal həyata qayıtmağımız mümkün olacaq.

Bunu ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, Azərbaycan hökuməti qərarları epidemioloji şəraiti nəzərə alaraq verir.

“Bəzi şəxslər pandemiyanın bitdiyini deyir, amma pandemiya bitməyib. Bu vaxta qədər olan pandemiyalar kimi bu da bitəcək. Bu, yalnız qoyulan qaydalara əməl etməklə mümkündür”,-deyə H.Harmancı bildirib.