ÜST: UŞAQLARDA KORONAVİRUSA YOLUXMA GÖSTƏRİCİSİ ÜMUMİ YOLUXMANIN 8.5 %-Nİ TƏŞKİL EDİR

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.