Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna əhalisinə təcili humanitar yardım göstərmək üçün 3,5 milyon dollar ayırıb.
TASS xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, 3,5 milyon dollar məbləğində vəsait ÜST-nin təcili yardım fondundan “təcili tibbi ləvazimatlar üçün” ayrılıb. “Əlavə ehtiyacların qiymətləndirilməsindən sonra humanitar dəstəyin artacağı gözlənilir”, – o əlavə edib.
Qebreyesus, həmçinin, Ukrayna xalqının sağlamlıq vəziyyəti ilə bağlı dərin narahatlığını dilə gətirib. “Səhiyyə sistemi fəaliyyətini davam etdirməlidir”, o vurğulayıb..