
Prezident İlham Əliyev Vüsal Quliyevin “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilsin (ölümündən sonra).
Qeyd edək ki, iyulun 21-də Naxçıvandakı Uzunoba gölünün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib. Daha sonra uşağın anası S. Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
