
Prezident İlham Əliyev U.K.Ələkbərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Urxan Kazım oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib.
