Ötən gün Təhsil Nazirliyi tərəfindən keçirilən brifinq zamanı ali təhsil müəssisələrində, kolleclər və digər təhsil müəssisələrində sentyabrın 29-dan əyani təhsilin başlayacağı qeyd edilib.
Nazirlər Kabinetinin qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı hər kəs COVID-19 pasportu və ya immunitet sertifikatı təqdim etməlidirlər. Vaksinə əks-göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.
Prosesə nəzarət təhsil müəssisələrinin rəhbərliyi tərəfindən aparılacaq.
Daxili İşlər Nazirliyi sözügedən qərarla bağlı ali təhsil müəssisələrində monitorinqlər aparılacağını, əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVID-19 sertifikatı olmazsa, tələbənin yox, həmin təhsil müəssisəsinin rəhbərliyinin məsuliyyət daşıyacağını bildirib.
Bu qərara əsasən təhsil müəssisələrində nəzarətin hansı formada keçiriləcəyi ilə bağlı Trend universitetlərə sorğu ünvanlayıb.