ÜMUMMİLLİ LİDERİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ ANKARADA GENİŞ KONSERT PROQRAMI TƏŞKİL OLUNACAQ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü şərəfinə Ankara şəhərində geniş konsert proqramı təşkil ediləcək.

Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı əsasında mayın 9-da keçiriləcək proqramda Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin dirijorluğu ilə “Turan” orkestri çıxış edəcək.

Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda keçiriləcək proqrama rəsmi şəxslər, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri dəvət olunublar.