ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEY TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ KİNO FORUMU TƏŞKİL OLUNACAQ

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində aprelin 20-21-də “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək.

Nazirlikdən bildirilib ki, Forum Heydər Əliyev Mərkəzində baş tutacaq.

Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək.

Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək.