ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ RƏQƏMSAL BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ KEÇİRİLİR

Ümumi təhsil müəssisələrində pilot olaraq böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmək imkanlarının yaradılmasıdır. Bu, həm də təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınması məqsədi daşıyır.