ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ŞUŞA İLƏ BAĞLI SÖZLƏRİ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVANI KÖVRƏLTDİ – VİDEO

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Açılış mərasimində hazırlanmış xüsusi videoçarx təqdim olunub. Görüntülərdə ulu öndər Heydər Əliyevin Şuşa ilə bağlı sözləri Birinci xanım Mehriban Əliyevanı və digər tədbir iştirakçılarını kövrəldib.