ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ POÇT MARKASI DÖVRİYYƏYƏ BURAXILIB

“Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş daha bir poçt markasını dövriyyəyə buraxıb.

Nazirlikdən bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə dövriyyəyə buraxılan buraxılış 1 markadan ibarət blok şəklində hazırlanıb. Marka 4 min tirajla çap olunub. Markanın dizayneri Nəriman Məmmədzadədir.

Bundan başqa, 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən “Heydər Əliyev 100 il” loqolu, 6 müxtəlif nominalda, ümumi 4 581 000 tirajla standart poçt markaları və bundan əlavə markalı zərflər hazırlanıb, daxili və xarici poçt göndərişlərində istifadə üçün dövriyyəyə buraxılıb.