UKRAYNANIN NÜFUZLU “İNTER” TELEKANALI ŞUŞADAN XÜSUSİ REPORTAJ YAYIMLAYIB

Ukraynanın nüfuzlu “İnter” telekanalı Şuşadan xüsusi reportaj yayımlayıb.

Telekanalın Şuşaya ezam olunan xüsusi müxbiri orada aparılan quruculuq işləri, Şuşanın tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığı barədə ətraflı məlumat verib.

“Bir il öncə Şuşa əlçatmaz bir məkan idi. Azərbaycanın ürəyi sayılan Şuşada bizi çox sürprizlər gözləyirdi. Mina partlayışını gördük və onun təhlükəsini hiss etdik. Oradan uzaqlaşaraq dağ yollarının adrenalinini yaşadıq. Bəzi yerlərdə yol açmaq üçün qayalıq və daşlar dağıdılırdı”, – deyə ukraynalı jurnalist əlavə edib.

Reportajda Şuşa xanının sarayının xarabalıqları göstərilir və qeyd olunur ki, Şuşa Qarabağın qalası və Azərbaycanın qürur yeridir.

Ukraynalı jurnalist reportajı zamanı, Azərbaycan xüsusi təyinatlılarının Şuşanı necə işğaldan azad etdiyi barədə ətraflı məlumat verib, hərbçilərimizdən, Şuşa sakinlərindən müsahibələr alıb.