UKRAYNALI UŞAQLARIN “QƏBƏLAND” VƏ ŞƏKİ XAN SARAYINA EKSKURSİYASI TƏŞKİL EDİLİB

Ukraynadan ölkəmizə gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən uşaqların “Qəbəland” Əyləncə Mərkəzinə və Şəki şəhərinə ekskursiyaları təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar Qəbələ və Şəkidə dünya, eləcə də yerli əhəmiyyətli tarixi-memarlıq abidələri, Şəki Xan Sarayı, Karvansarayla tanış olublar, Şəki mətbəxinin təamlarından dadıblar.

Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkəmizin digər regionlarına da səfərləri təşkil ediləcək.

Qeyd edək ki, agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən uşaqların 15 günlük sosial reabilitasiya proqramı çərçivəsində emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Onlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya, əmək terapiyası, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarında iştirak edirlər.

Qeyd edək ki, Ukraynadan 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilib.