UKRAYNADAN TƏXLİYƏ OLUNMUŞ 168 AZƏRBAYCAN VƏTƏNDAŞI BAKIYA GƏTİRİLİB

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Təxliyə olunan azərbaycanlıların içərisində daha çox qadınlar və uşaqlar yer alır.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub.