UKRAYNADAN DAHA 201 AZƏRBAYCAN VƏTƏNDAŞI ÖLKƏYƏ GƏTİRİLİB

Bu gün Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi ilə 18-i körpə olmaqla, daha 201 azərbaycanlı Vətənə qayıdıb.

Bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir. Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd edilib.