
Aprelin 4-də mülki şəxslərin təxliyəsi üçün Ukraynada 2 humanitar dəhliz açılıb.
Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.
O deyib ki, aprelin 4-də Donetsk və Luqansk vilayətlərindən humanitar dəhlizlərin açılması razılaşdırılıb. Ukraynanın ən “qaynar nöqtə”si hesab edilən Mariupol şəhərindən Zaporojyeyə humanitar dəhliz də həyata keçiriləcək.