UKRAYNA ZAPOROJYE AES-İN RUSİYA QOŞUNLARININ NƏZARƏTİNƏ KEÇDİYİNİ BİLDİRİB

Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisi Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Bu barədə Ukraynanın Nüvə Tənzimlənməsi Dövlət Müfəttişliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, AES-in enerji bloklarına zərər dəyməyib, bölgədə baş vermiş yanğın reaktorlara təhlükə törətməyib.

Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Zaporojye AES-in ərazisində baş verən yanğın Bakı vaxtı ilə saat 08:20-də söndürülüb.

Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.