UKRAYNA XİN HUMANİTAR YARDIM ÜÇÜN AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

Bu barədə Ukrayna XİN-in “Twitter” hesabındakı paylaşımda bildirib.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir”, – deyə paylaşımda qeyd olunub.