UKRAYNA VƏ MOLDOVA MƏTBUATI IX QLOBAL BAKI FORUMUNA GENİŞ YER AYIRIB

Ukrayna və Moldovanın aparıcı mətbuatı IX Qlobal Bakı Forumuna geniş yer ayırıb.

Moldovanın “Point.md”, Ukraynanın “RBK-Ukrayna”, “5.ua, “Pryamiy” və digər xəbər portallarında IX Qlobal Bakı Forumunun açılış mərasimi haqqında məqalələr yayımlanıb. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun çıxışlarına geniş yer verilib.

Prezident İlham Əliyevin sitatına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. “Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq”, – deyə dövlətimizin başçısının çıxışı vurğulanıb.

Digər məqalələrdə isə Petro Poroşenkonun Rusiyanın Ukraynada apardığı müharibə, Ukraynanın Avropa İttifaqına inteqrasiyası barədə fikirlər də yer alıb.