
Ukrayna Təhlükəsizlik Xidməti göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu iddia edilən İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Ukrayna mediası bu barədə Təhlükəsizlik Xidmətinə istinadla məlumat yayıb.
“Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsinin Belqorod vilayəti üzərində qəzaya uğraması ilə bağlı cinayət işi açıb”, – deyə qurumdan bildirilib.
Cinayət işi müharibə qanunlarının pozulması maddəsi ilə təsnifat olunub.
Bir müddət öncə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı nəqliyyat təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu dolayısı ilə etiraf edib.