UKRAYNA SƏHİYYƏ NAZİRLİYİ ÖLƏN VƏ YARALANANLARIN SAYINI AÇIQLAYIB

Ukrayna Səhiyyə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin ölkədə keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların sayını açıqlayıb.

Yerli KİV-lər xəbər verir ki, müvafiq məlumat qurumun saytında yerləşdirilib.

“Operativ məlumatlara görə, 57 ukraynalı həlak olub. Daha 169 nəfər yaralanıb”, – nazirlik bildirir.