UKRAYNA SƏHİYYƏ NAZİRLİYİ HƏRBİ ƏMƏLİYYATLAR NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYINI AÇIQLAYIB

Ukraynada müharibədə iki gün ərzində 198 nəfər həlak olub, onlardan üçü uşaqdır.

Bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko deyib.

O bildirib ki, bu müddət ərzində yaralıların sayı 1 115 nəfər təşkil edib. Onlardan 33 nəfəri uşaqdır.

Qeyd edək ki, hərbi əməliyyatların ilk günündə 137 ukraynalının həlak olduğu, 316 nəfərin yaralandığı deyilirdi.