UKRAYNA SƏFİRİ MÜLKİ ƏHALİ ARASINDA HƏLAK OLANLARIN SAYINI AÇIQLAYIB

İndiyədək Ukraynanın mülki əhalisi arasında ikisi uşaq olmaqla 57 nəfər həlak olub, daha 177 nəfər isə yaralanıb.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib.

“Bu günədək Ukrayna ordusu tərəfindən 800-ə yaxın rusiyalı hərbçi, 7 təyyarə, 7 helikopter, 30-dan çox tank, 130-dan çox zirehli maşın məhv edilib. Xerson, Novaya Kaxovka, Oreşkin şəhərləri ələ keçirilib”, – deyə səfir bildirib.

O əlavə edib ki, gecə Kiyevə raket zərbələri nəticəsində çoxmərtəbəli bina yanıb, 8 nəfər yaralanıb, 150 nəfər təxliyə olunub.