UKRAYNA PREZİDENTİ ÜMUMİ SƏFƏRBƏRLİK HAQQINDA FƏRMAN VERİB

Ukrayna prezidenti Vladimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Yerli KİV-lərin məlumatına görə, səfərbərlik Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatsk, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovograd, Luqansk, Lvov, Nikolaev, Odessa, Poltava, Rovenskaya, Sumı, Ternopol, Xarkov, Xerson, Xmelnitski, Çerkassk, Çetnovits, Çerniqov bölgələri, Kiyev şəhəri ərazisində elan edilir.

Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 90 sutka ərzində keçiriləcək.