UKRAYNA PREZİDENTİ BAKIDA RUSİYA TƏRƏFİ İLƏ DANIŞIQLARA HAZIR OLDUĞUNU BİLDİRİB

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların keçiriləcəyi şəhər qismində Bakını təklif edib.

Yerli KİV-lər xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı xalqa müraciətində bildirib.

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etdik. Bu ümumiyyətlə Ukraynaya raketlərin uçmadığı istənilən digər şəhər də ola bilər”, – Vladimir Zelenski bildirib.