Bu ilin yanvar-avqust aylarında “Ukrtransnafta” Səhmdar Cəmiyyəti 10,3 mln. ton neft nəql edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,3% çoxdur.
Bu barədə SC-nin rəsmi açıqlamasında bildirilir.
Xüsusilə, ilin ilk səkkiz ayı ərzində Ukrayna neft emalı zavodları (NEZ) üçün 1,7 mln. ton negt nəql edilib, tranzit neftinin həcmi isə 8,6 mln. tona bərabər olub. Bu, ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 12,2% və 7,5% üstələyir.