Ukraynanın nüfuzlu informasiya agentlikləri və portalları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindən məqalələr dərc ediblər.
“Ukrinform”, “RBC-Ukrayna” informasiya agentlikləri, Azadlıq radiosunun Ukrayna Redaksiyası, “Lb.ua”, “koresspontent.net”, “unn.ua” və digər portallarında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindəki iştirakı barədə materiallar verilib.
Oxuculara təqdim olunan materiallarda Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarının təqdim olunması barədə məlumatlar yer alır. Həmçinin vurğulanır ki, Azərbaycan 44 günlük müharibədən sonra 8 ay ərzində Füzuli Beynəlxalq Aeroportunu tikərək təhvil verib.
Məqalələrdə aeroportun göstəriciləri barədə ətraflı məlumat yer alıb.