Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Prezident İlham Əliyevin qardaş ölkənin dövlət başçısı ilə Şuşaya birgə səfər etməsi, Şuşa Bəyannaməsi haqqında xəbərlərə Ukrayna mətbuatında geniş yer verilib.
“Ukrayna 24”, “İnter” telekanallarının Azərbaycandan hazırladığı xüsusi reportajlarda, “Gordon”, “Korrespondent” “Podrobnosti”, “Segodnya” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan və Türkiyə prezidentlərinin region və dünya ölkələrinə verdikləri mesajlar xüsusi qeyd olunub.
Xəbərlərdə Şuşa Bəyannaməsində əksini tapan məsələlər haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə Azərbaycan və Türkiyə arasında gələcək iş birliyinin istiqamətlərini göstərir.