UKRAYNA KİV-LƏRİ AZƏRBAYCANIN İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ MİNATƏMİZLƏMƏ PROSESİ İLƏ BAĞLI REPORTAJ HAZIRLAYIB 

“Ukrayna indi” kanalı iki il əvvəl erməni işğalından azad edilən Azərbaycan ərazilərindəki minalardan təmizləmə prosesi ilə bağlı reportaj hazırlayıb.

Video metarialda qeyd edildiyi kimi, hər həftə yerli əhali minaya düşür. Xəsarət alanların sayı 300-ə çatıb, 50 nəfər ölüb.

“Minalarla çirklənmiş torpaq sahəsi Qətər kimi bir ölkənin ərazisi ilə müqayisə edilə bilər. Belə bir ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”, – deyə bildirilib.

O da qeyd olunub ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir.