UKRAYNA KİV-LƏRİ AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNƏ SİLAHLI HÜCUMLA BAĞLI XƏBƏRLƏRƏ GENİŞ YER AYIRIB

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı məlumatlara geniş yer ayırıb.

“Ukrinform”, “UNİAN”, “Gordon”, “TCN”, “Korrespondent” və digər mətbu orqanlar Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edərək xəbərlər yayıb, hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.

Məlumatlarda, həmçinin səfirlik əməkdaşlarının İrandan təxliyə edildiyi də vurğulanıb.