Fevralın 24-də Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin beş təyyarəsi və bir helikopterini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Eyni zamanda, Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının həm Rusiya, həm də Belarus ərazisindən Ukrayna sərhədinə hücum etdiyini bildirib.
Son məlumatlara əsasən, Ukrayna tərəfi Lutsk vilayətinin iki kəndinin ələ keçirildiyini bildirib.